İntihar edən gəncin son sözü: `Məni bağışlayın` - YENİLƏNİB


15:35     19 Dekabr 2016 intihar29.jpg

Bu gün intihar edən 17 yaşlı gənclə bağlı yeni məlumatlar üzə çıxıb.


O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə baş verən zaman R.Məmmədovun atası və anası yatıbmış. O, bacısına “Mən sizin hamınızı çox istəyirəm, məni bağışlayın” deyərək özünü yaşadığı mənzilin pəncərəsindən yerə atıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

***

09:32

Bakıda intihar olub.

Nəsimi Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, hadisə ötən gecə Cavadxan küçəsi 22, mənzil 28 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Rəvan Rövşən oğlu Məmmədov özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1886